Hadisə

Salyanda ağır yol qəzası: 1 nəfər öldü

16 Dekabr 2018 09:36
0 Şərh     Baxış: 1 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Hundai" markalı avtomobil qarşıda gedən "Opel" markalı maşına arxadan çırpılıb. Nəticədə "Hundai"nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl İmişlidə yol qəzası zamanı sürücü xəsarət alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.