Hadisə

Azərbaycana gələn "Pajero"da 185 qram kalium permanqanat tapıldı

15 Dekabr 2018 17:07
0 Şərh     Baxış: 1 219
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Gömrük Komitəsinin (DGK) Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Pajero" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Bu barədə Milli.Az-a DGK-dan məlumat verilib.

Baxış zamanı, nəqliyyat vasitəsinin ön panelinin altındakı bir ədəd bağlamada, ümumi çəkisi 185 qram olan kalium permanqanat, vətəndaşın üzərində aparılan şəxsi yoxlama zamanı isə əynindəki şalvarın arxa sağ cibindən və gödəkçənin iç tərəfindəki sol üst cibindən, gömrük orqanına bəyan edilməyən, cəmi 421 000 Rusiya rublu və 3 800 ABŞ dolları aşkarlanıb.

Xatırladaq ki, kalium permanqanat "Azərbaycan ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.

Faktla bağla araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.