Hadisə

“Görüb ürəyi darıxır, çaxmağı çaxıb” - Alovun ağuşunda qalan oğulun anası - VİDEO - FOTO

7 Dekabr 2018 14:59
3 Şərh     Baxış: 2 193

Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərinin birində partlayış baş verib.

Milli.Az ARB TV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan 2 nəfər xəsarət alıb.

Onlar dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alan 56 yaşlı Qətibə Teymurovaya boyun nahiyyəsinin orta səthinin yanığı, 43 yaşlı David Əlimuradova isə bütün bədənin alov yanığı, şok diaqnozu qoyulub. Vəziyyəti ağır olan David Əlimuradov paytaxt xəstəxanalarından birinə yola salınıb. Qətibə Teymurova isə ambulator yardımdan sonra evə buraxılıb.

Dəstəgül Əlimoradova - zərərçəkənin anası: "Qaz çoxalıb. Qapını döydüm ki, dur bala, işə getməlisən, növbəyə getməli idi. Durub görüb ürəyi darıxır, çaxmağı çaxıb. Onunla da ev-eşiyi dağılıb gedib. Qapı, pəncərə dağılıb. Güclə çıxdıq ordan".

Hadisəyə səbəb qaz sızması göstərilir. Partlayışın gücü böyük olduğundan 2 mərtəbəli yaşayış evinə və qonşuluqdakı mənzillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Görüb ürəyi darıxır, çaxmağı çaxıb" - Alovun ağuşunda qalan oğulun anası

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Tilsim · 7 Dekabr 15:3320

    Bu olan menimle isteyirdi cox yaxwi olan idi Allah komeye olsun

    Cavab yaz
  • Anonim
    Tilsim · 7 Dekabr 15:3901

    Niye menim serhim bu geder sehvlernen yazilib?

    Cavab yaz
  • Anonim
    aea · 7 Dekabr 16:1610

    Ürək darıxanda çaxmağı çəkirlər??? Yuxudan güclə oyatdığı, yatıb yuxuya qalmış və növbəyə gecikən darıxıb.... maraqlıdır.... Allah kömək olsun...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.