Hadisə

Ermənistan Elnur Hüseynzadəni azad edə bilər

5 Dekabr 2018 17:12
2 Şərh     Baxış: 1 246

Ermənistan hakimiyyəti əsir düşən azərbaycanlı Elnur Hüseynzadəni vaxtından əvvəl azad etmək imkanını nəzərdən keçirir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, E.Hüseynzadənin azad olunması hərbi əsirlərin dəyişdirilməsi zamanı baş tuta bilər.

Bununla belə, Ermənistan rəhbərliyi bəyan edib ki, 2014-cü ilin iyulunda qohumlarının məzarlarını ziyarət etmək üçün Kəlbəcərə gedərkən erməni əsgərləri tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması barədə söz gedə bilməz.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan E.Hüseynzadə 2017-ci ilin fevral ayında Talış kəndi yaxınlığında qeyri-muəyyən şəraitdə əsir düşüb.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Oxucu · 5 Dekabr 17:2800

    Tezliklə Allah yolunu açsın Vətəninə, ailənə qovuşasan əsgər qardaşımız!

    Cavab yaz
    • Anonim
      ))) · 5 Dekabr 20:0400

      ALLAH. YOLUNU ACIQ ETSIN QARDASIMIZIN INSALLAH

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.