Hadisə

“Ömrüm boyu o polislərə minnətdaram” - Yeni ailə quran cütlüyü polislər xilas etdi - VİDEO – FOTO

5 Dekabr 2018 14:11
7 Şərh     Baxış: 1 987

Bakının Suraxanı rayonunda ailə quran gənclər isə dəm qazı boğulmasından xilas edilib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsinə Yeni Günəşli qəsəbəsində qonşu mərtəbədə yerləşən mənzilə su axması və içəridən xırıltı səslərinin gəlməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə yollanan sahə inspektoru polis kapitanı Nazim Əzizov və əməliyyat müvəkkili polis leytenantı Pünhan Mehdiyev evdə olan şəxslərin dəm qazından zəhərlənməsini müəyyən ediblər. Polislər qonşuların iştirakı ilə ikinci mərtəbədə yerləşən mənzilin eyvanındakı pəncərəni qıraraq içəri daxil olublar. Toğrul Hidayətzadə və onun həyat yoldaşı Aysel halsız vəziyyətdə aşkar edilib. Təcili tibbi yardım gələnə qədər polis əməkdaşı Əzizov dəm qazından zəhərlənən şəxslərə süni nəfəs verərək onları həyata qaytarmağa nail olub.

Nazim Əzizov - 33-cü PB-nin sahə inspektoru: "Pəncərədən içəri daxil oldum. Hiss etdik ki, içəridə qazdan boğulma var. Hamam su ilə dolu idi. İki gənc yerdə uzanıqlı vəziyyətdə idi. Dərhal həmin şəxsləri çölə çıxartdım. Pəncərələri açıb, onlara süni nəfəs verdim".

Hər iki zərərçəkən 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya Şöbəsinə yerləşdirilib. Artıq onların həyatına heç bir təhlükə yoxdur. Onlar özlərini normal hiss edirlər.

Toğrul Hidayətzadə - Zərərçəkən: "Noyabr ayının 25-də ailə qurmuşuq. Yoldaşım ayın birindən ikisinə keçən gecə duş qəbul edib çıxandan sonra bildirdi ki, ürəyi bulanır, qaytardı. Gördüm vəziyyəti yaxşı deyil, getdim yanına ki, onu çıxarım. Elə bu zaman mənim ürəyim getdi. Nazim və Pünhan müəllim sağ olsunlar köməklik göstədilər. Onların timsalında bütün Azərbaycan polisinə minnətdarlığımı bildirirəm".

Rəfael Hidayətzadə - Zərərçəkənin atası: "Ömrüm boyu onlara minnətdaram. DİN-nə belə qəhrəman, cəsartəli, igid polis əməkdaşlar yetişdirdikləri üçün təşəkkür edirəm".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Ömrüm boyu o polislərə minnətdaram" - Yeni ailə quran cütlüyü polislər xilas etdi

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    . · 5 Dekabr 14:3050

    Sag olsunlar

    Cavab yaz
  • Anonim
    Famil · 5 Dekabr 14:5430

    Belə mərd polis işçilərimizin allah canını sağ eləsin.Həmişə ailələrinin,xalqımızın başının üstündən belə mərd insanları əskik etməsin.

    Cavab yaz
  • Anonim
    MƏN · 5 Dekabr 15:04130

    Vaxtında polisə xəbər verən qonşuya heç təşəkkür edən olmadı (((.Qonşu xəbər verməsəydi nə olardı,heç fikirləşmirsiz?

    Cavab yaz
    • Anonim
      xumar · 5 Dekabr 15:1980

      Uzaq qohumdansa yaxin qonsu yaxsidi

      Cavab yaz
    • Anonim
      ~~~ · 5 Dekabr 15:5320

      Qonwu sizsinizsə, sizə də boyuk tewekkur.Allah etdiyiniz bu yaxwiligin əvəzini versin.Həqiqətən vaxtinda xəbər verilməsəydi sonu faciə olacaqdı.Halal olsun sizin kimi vicdanlı, merhemetli insanlara.

      Cavab yaz
  • Anonim
    $.$.$. · 5 Dekabr 15:2171

    Duz deyiblər : Yaxın qonşu , uzaq qohumdan yaxşıdır. Caq olsunlar. Amma polislərimiz də min qat saq olsunlar. Pəncərəni sındırıb evə girməsəydilər iki gəncin həyatı məhv olacaqdı. Hörmətli Nazirimiz bu polisləri qəhrəmanlıqlarına görə, iki gəncin həyatını xilas etdiklərinə görə mukafatlandırmalıdır !

    Cavab yaz
  • Anonim
    Yağmur-S · 5 Dekabr 21:4510

    İlk növbede qonşuya teşekkür düşür,sonrada polislere.Allah hamıya kömek olsun.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.