Hadisə

İşdən evə qayıdarkən maşın vurdu

25 Noyabr 2018 09:57
0 Şərh     Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıt şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report-a istinadən bildirir ki, şəhərin Xəzər bağlarında yaşayan 1978-ci il təvəllüdlü Hüseynov Şükür Mahmud oğlunu işdən çıxıb evə gedərkən maşın vurub.

Sumqayıtda olimpiya kompleksinin işçisi olan kişi dərhal yaxınlıqda olan insanların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan Şükür Hüseynov dərhal reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Sumqayıtda qadın piyadanı avtomobil vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.