Hadisə

Tbilisidə binada partlayış nəticəsində xəsarət alan azərbaycanlılardan xəbər var

16 Noyabr 2018 11:47
0 Şərh     Baxış: 1 018
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tbilisidə ötən gün qaz sızması nəticəsində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan Məmmədovlar ailəsinin üzvlərinin vəziyyəti stabildir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Yanıq Mərkəzinin direktoru Quqa Kaşibadze bildirib.

O deyib ki, xəsarət alan kişi, onun oğlu və uşağın müalicəsi mərkəzin reanimasiya şöbəsində davam etdirilir: "Onlar bədənin müxtəlif yerlərində yanıq xəsarətləri alıblar. Yaşlı kişinin bədəninin 65%-i, onun oğlunun bədəninin 55%-i, uşağın bədəninin isə 12%-i yanıb".

Qeyd edək ki, Tbilisinin Zemo Poniçala qəsəbəsində ötən gün səhər saatlarında doqquzmərtəbəli binada təbii qaz sızmasından güclü partlayış baş verib. Nəticədə üç nəfər - 44 yaşlı kişi, onun 24 yaşlı oğlu və 6 yaşlı nəvəsi xəsarət alıblar. Hadisə nəticəsində gənc qadın və onun övladı dağıntılar altında qalaraq ölüb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.