Hadisə

Almaniyadan son 10 ayda 1449 nəfər azərbaycanlı deportasiya olunub

16 Noyabr 2018 10:45
0 Şərh     Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada 2018-ci ilin yanvarın 1-dən oktyabrın 31-dək deportasiya olunan və dünyanın müxtəlif yerindən yaşama icazəsi alan azərbaycanlıların sayı məlum olub.

Milli.Az xəbər verir ki, report-un sorğusuna cavab olaraq bu ölkənin Miqrasiya və Qaçqınlarla İş üzrə Federal İdarəsindən verilən məlumata görə, qeyd olunan müddət ərzində 1449 nəfər azərbaycanlı ölkədən deportasiya olunub.

Bundan başqa bu müddət ərzində dünyanın müxtəlif yerindən 1997 azərbaycanlı Almaniyada yaşamaq icazəsi üçün müraciət edib ki, bu da 2016-cı il ilə müqayisədə 2 dəfə azdır. Müraciət edənlərdən 1526 nəfər ilk dəfə, qalanları isə təkrar müraciət edənlərdir. Müraciət edənlərdən yalnız 179 azərbaycanlıya müvəqqəti yaşama üçün icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.