Hadisə

Hövsanda ağır yol qəzası: xəsarət alanlar var

11 Noyabr 2018 15:03
1 Şərh     Baxış: 1 165
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Suraxanı rayonu Hövsan qəsəbəsində FHN Akademiyasının qarşısında gecə saatlarında ağır yol qəzası baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "Mitsubishi" markalı avtomobillə "Moskviç" markalı avtomobil toqquşub. Hadisə nəticəsində 3 nəfər ağır bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Yaralılardan biri, 1955-ci il təvəllüdlü Hövsan qəsəbə sakini Mövlanov Səməd Əbülfəz oğluna döş qəfəsinin travmatik əziyi və qabırğalarının sınığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu və reanimasiyada saxlanıldığı bildirilib.

Digər iki nəfərin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı 30-cu Polis Bölməsində araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.