Hadisə

Saatlıda dəhşətli qəza: ana və 1 yaşlı oğlu öldü - YENİLƏNİB

11 Noyabr 2018 11:42
3 Şərh     Baxış: 2 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:42

Gecə saatlarında Saatlı rayonunun Bəylik kəndində yol qəzası nəticəsində ölənlərin şəxsiyyəti məlum olub.

Milli.Az report-a istinadən bildirir ki, bunlar 1991-ci təvəllüdlü Qəmbərova Kəmalə Mahir qızı və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlunun idarə etdiyi "Opel" markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.

----------
10:15

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az report-a istinadən bildirir ki, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. 

Bunlar 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə Ş.Qəmbərovun idarə etdiyi "Opel" markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.