Hadisə

Abşeronda faciə: 23 yaşlı qadın sağalmaq üçün dərman içdi, öldü

11 Noyabr 2018 09:55
10 Şərh     Baxış: 3 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Abşeron sakini içdiyi dərmandan zəhərlənərək dünyasını dəyişib.

Milli.Az report-a istinadən bildirir ki, hadisə rayonun Ceyranbatan qəsəbəsində baş verib.

1995-ci il təvəllüdlü İsmayılova Leyla Musa qızı müalicəsi üçün dərman qəbul edib. O, bir qədər sonra özünü yaxşı hiss etməyib. Yaxınları qadının vəziyyətinin ağırlaşdığını gördükdə onu dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırıblar. Lakin həkimlərin səyinə baxmayaraq, L.İsmayılovanın həyatını xilas etmək mümkün olmayıb.

23 yaşlı qadının dərmandan zəhərlənərək öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.