Hadisə

Bir ev uçdu, hasar dağılaraq yola töküldü - Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO - FOTO

17 Oktyabr 2018 16:42
0 Şərh     Baxış: 2 526
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayılda daha bir ev dağıldı.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində yenidən uçqun sürüşmə hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nəticədə 9 nömrəli ev tamamilə dağılıb, bir neçə evin divarlarında çatlar əmələ gəlib.

Bundan başqa Bibiheybət istiqamətində avtomobil yolunun kənarında qoruyucu divar dağılaraq asfalta tökülüb. Bu prosesin sürüşmə ilə bağlı olub-olmadığı hələlik bildirilmir. Nazirliyin qərərgahından verilən məlumatda bildirilir ki, Badamdar sürüşmə zonasında hadisə ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bir ev uçdu, hasar dağılaraq yola töküldü -Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.