Hadisə

Azərbaycanlı gənc Gürcüstanda son məhkəməyə çıxacaq? - Ermənistan əleyhinə statusa görə...

11 Oktyabr 2018 14:28
0 Şərh     Baxış: 1 132

Aprel döyüşlərində Azərbaycana verdiyi dəstəyə görə qonşu Gürcüstanın güc strukturları tərəfindən barəsində cinayət işi qaldırıldığı bildirilən Gürcüstan azərbaycanlısı Orxan Abbasov adlı gəncin oktyabrın 29-da son məhkəməsi olacağı gözlənilir. 

Milli.Az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb: 

"Bütün müsəlman və azərbaycanlı qardaş və bacılardan dəstək olmalarını xahiş edirik.
Bir müsəlman və azərbaycanlı gəncə qarşı Gürcüstan dövlətinin zülmünə səssiz qalmayaq. Oktyabrın 29-u Orxan Abbasovun son məhkəməsidir. Bəraət ala bilməsə, 2 ildən 6 ilə kimi həbs oluna bilər. İctimailəşdirək və dəstək olaq...".

Xatırladaq ki, Orxan Abbasovun özünün bir müddət öncə Azərbaycan saytlarına verdiyi məlumata görə, o, Aprel döyüşləri gedən zaman Facebook-da Azərbaycana dəstək xarakterli status yazıb.

"Statusda bir neçə məsələyə işarə etdim. Statusumdakı fikirlər, Gürcüstan güc strukturalrı tərəfindən cinayət kimi dəyərləndirilib. Statusda mən Ermənistanın Tiflisdəki səfirliyi qarşısında aksiya keçirilməsini, o cümlədən Ermənistanın Tiflisdəki səfirinə qarşı müxtəlif ifadələr işlətmişəm. Bundan sonra mən Gürcüstan Təhlükəsizlik Xidmətinə dəvət edilmişəm. 6 min lari girov müqabilində ev dustaqlığına buraxılmışam. Lakin indi məsələ yenidən qabardılıb və mənim həbsim üçün proses gedir. Azərbaycanlı olaraq Azərbaycanda baş verən hadisələrə həyəcan və narahatçılığımı bildirərək status yazmışam. Lakin bu, güc stukturları tərəfindən "terrorizmə çağırış maddəsi"lə yenidən gündəmə gətirilib və 21 gün Facebook-da qalan və sonradan silinən (red: hazırda screen güc stukturlarındadır) statusa görə həbsim üçün hazırlıq gedir. Rəsmi ittihamda qeyd edilir ki, barəmdə Ermənistanla Azərbaycan arasında 2016-cı ildə baş verən döyüşlər zamanı Qarabağın azadlığı üçün yazdığı statusa görə, cinayət işi açılıb", - Orxan Abbasov bildirib.

Qeyd edilir ki, Orxan Abbasov Bakı İslam Universitetində təhsil alıb, hazırda Tblisi Dövlət Univerisitetinin Sosial və Siyasi Elmlər Fakültəsində oxuyur. Ona qarşı Gürcüstan CM-nin 330 maddəsinin 2-ci bəndinə əsasən "terrorizmə çağırış" olaraq cinayət açılıb.
O da maraqldır ki, bu ilin iyul ayında mediaya açıqlama verən Gürcüstan parlamentinin "Vahid Milli Hərəkat" partiyasından olan deputatı Azər Süleymanov bir sıra KİV-in bu barədə yaydığı məlumatı şərh edərkən bildirib ki, Gürcüstanda 2016-cı ilin aprel döyüşləri vaxtı sosial şəbəkələrdə Ermənistan əleyhinə status yazan virtual azərbaycanlı mühakimə edilir. Azər Süleymanovun sözlərinə görə, real həyatda heç kəs, hətta hüquq-mühafizə orqanlarının əməkdaşları belə, Orxan Abbasın üzünü görməyib.

"Ola bilsin, bu, onun əsl ad-soyadı deyil. Biz Abbasovla əlaqə yaratmağa çalışdıq. Lakin o, telefonlara cavab vermir. Biz heç dəqiqləşdirə bilmirik ki, günahlandırılan şəxs Orxan Abbasdır. Ona qarşı cinayət işi açılıb. Lakin hələlik onun həbsindən söhbət getmir. Çünki o, virtual olaraq şübhəli sayılır", -  deputat bildirib.

Süleymanovun sözlərinə görə, bəzi məlumatlarda deyildiyi kimi, O.Abbasov səfiri girov götürmək barədə çağırış etməyib. O, sadəcə Gürcüstandakı Ermənistan səfirliyinin binası önündə piket keçirməyi təklif edib.
Güman edirik ki, Azərbaycanın Gürcüstandakı səfirliyi tezliklə məsələyə aydınlıq gətirəcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.