21:56
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanıb.
Milli.Az "Report"a istinadən bildirir ki, Xətai rayon Polis İdarəsindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.
21:54
"Bakı şəhərində minik avtomobilinin elektrik dirəyinə çırpılması nəticəsində ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub".
Milli.Az "Report"a istinadən bildirir ki, bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb:
"Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".
19:27
Bakıda Nobel prospektində dəhşətli yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib.
Hazırda hadisə yerinə təcili tibbi yardım briqadaları və polislər cəlb edilib.
Qəza səbəbindən prospektdə böyük tıxac yaranıb.
Qəza barədə məlumatı və görüntünü müğənni Elvin Abdullayev İnstaqram hesabında paylaşıb.
Milli.Az