Hadisə

Bakıda qatar tuneldə qaldı - Sərnişinlər arasında çaxnaşma - YENİLƏNİB

19 Sentyabr 2018 20:45
2 Şərh     Baxış: 3 490
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

20:45

Bakıda metroda qatarda texniki nasazlıq yaranıb.

Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Trend-ə verdiyi məlumata görə, hadisə bu gün saat 19:30 radələrində metronun "28 May" stansiyasında baş verib.

"İçəri Şəhər" -" Həzi Aslanov" marşrutu üzrə hərəkətdə olan qatar "28 May" stansiyasına daxil olarkən texniki problem yaranıb. Maşinist qatarda vəziyyəti qiymətləndirmək üçün stansiyada 7 dəqiqə gözləməli olub. Nəticədə arxadan gələn "Dərnəgül"-"Həzi Aslanov istiqamətində hərəkətdə olan qatar "Nizami" stansiyası ilə "28 May" stansiyası arasındakı tuneldə 3 dəqiqə gözləməli olub.

Texniki problem yaranan qatar sərnişinlərlə birlikdə "Nəriman Nərimanov" stansiyasına qədər gələrək sərnişinləri düşürüb, Depo-ya göndərilib.

B.Məmmədov bildirib ki, hazırda metroda qatarlar normal qrafiklə hərəkətini davam etdirir, intervalda problem yoxdur.

-------------

20:26

Təxminən 1 saat öncə "Nizami" stansiyasından üzü "28 May" istiqamətində hərəkətdə olan qatar tuneldə qalıb.

Sərnişinlərin Milli.Az-a verdiyi xəbərə görə, sərnişinlə dolu qatar 20 dəqiqəyə yaxın tuneldə dayanmalı olub.

Bu hadisə sərnişinlər arasında çaxnaşmaya səbəb olub. "28 May" stansiyasında sərnişinlərin əksəriyyəti qorxduqları üçün məcburiyyətdən qatardan enməli olublar.

Qatarın tuneldə qalma səbəbi hələlik məlum deyil. 

Məhəmməd Vaqif
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.