Hadisə

Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürüldü

15 Sentyabr 2018 16:54
0 Şərh     Baxış: 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaxda dağlıq ərazidə ölən şəxsin meyiti helikopterlə götürüb.

Milli.Az bildirir ki, Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, Qax rayonunun İlusu kəndi yaxınlığında mürrəkkəb relyefli yüksək dağ massivində aşkar edilmiş Əsgərov Radiq Eldar oğlunun meyitinin götürülməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri başa çatıb.

R.Əsgərovun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasedici dəstəsi tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və Aviasiya dəstəsinin "Mi-17" helikopteri ilə Qax rayon mərkəzinə gətirilərək prokurorluq əməkdaşlarına təhvil verilib.​

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.