Hadisə

"Mercedes" "KamAZ"a çırpıldı, ana və qızı xəsarət aldı

15 Sentyabr 2018 09:19
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, rayonun Noxudlu kəndi ərazisində "Mercedes" markalı minik avtomobili qarşıdan gedən "KamAZ" markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan sərnişinlər - 1964-cü il təvəllüdlü Oğuz rayon sakini Əliyeva Gülnarə İbrahim qızı və onun Bakıda yaşayan 1988-ci il təvəllüdlü qızı Əbilova Aynur Mürşüd qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ana və qızı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və onlar ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.