Hadisə

Bakıda sürücü infarkt keçirib öldü, avtomobillər toqquşdu

13 Sentyabr 2018 20:56
0 Şərh     Baxış: 1 606

Bakıda sürücünün sükan arxasında infarkt keçirməsi qəzaya səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

1970-ci il təvəllüdlü Behbudov Behbud Meyxoş oğlu Nizami rayonu, O. Vəliyev küçəsi 12 ünvanının qarşısında 90 CL 560 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobili idarə edərkən qəfil ürək tutmasından idarəetməni itirib və 99-DT-422 dövlət nömrə nişanlı "Opel" markalı avtomaşınla toqquşub.

Sürücü B.Behbudov 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

B.Behbudov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az 

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.