Hadisə

9 azərbaycanlının xəsarət aldığı ağır yol qəzası ilə bağlı səfirlikdən açıqlama - YENİLƏNİB - FOTO

6 Sentyabr 2018 19:09
0 Şərh     Baxış: 2 224
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Gürcüstandakı səfirliyi Rustavi şəhərindəki yol qəzasında xəsarət alan azərbaycanlıların vəziyyətini diqqətdə saxlayır.

Milli.Az bildirir ki, səfirlikdən Report-a verilən məlumata görə, diplomatik korpusun əməkdaşı Rustavi Şəhər Mərkəzi Xəstəxanasına baş çəkəcək və orada müalicə olunan azərbaycanlıların vəziyyəti ilə maraqlanacaq.

Qeyd edək ki, bu gün günorta saatlarında Gürcüstanın Rustavi şəhərində ağır yol qəzası baş verib. Nəticədə Gürcüstan vətəndaşı olan 10 azərbaycanlı və 1 Azərbaycan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlardan üçünün vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

-----------

16:08

Gürcüstanda Qırmızı körpü avtomagistralında ağır yol qəzası olub.

Milli.Az Report-a istinadən xəbər verir ki, yolun Rustavi şəhərindən keçən hissəsində şəxsi marşrut taksisi və "Lada" markalı minik maşını toqquşub. Nəticədə 9 azərbaycanlı xəsarət alıb.

Xəsarət alanların qohumlari "Report"a bildiriblər ki, marşrut taksisində olan 8 azərbaycanlı Lecbəddin kəndindən Tbilisiyə yas mərasiminə gedirmişlər.

Xəsarət alanlar Rustavi şəhər mərkəzi xəstəxanasına yerləşdiriliblər. Qəzada xəsarət alan azərbaycanlılardan 8-i Gürcüstan, biri Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının bud-çanaq hissəsindən ağır travma aldığı bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.