Hadisə

Azərbaycanlının Leninqrad meşəsində qorxunc tapıntısı

9 Avqust 2018 16:44
0 Şərh     Baxış: 2 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 8-i, gecə saatlarında Rusiyanın Leninqrad vilayətinin Vsevoloj rayonunda Azərbaycan vətəndaşı yerli parklardan birində ağacdan asılmış qadın cəsədi aşkar edib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Leninqradda yaşayan azərbaycanlı Buqra qəsəbəsindəki parkda gəzərkən istəmədən qorxunc hadisə ilə üzləşib: Park küçəsindəki 6-cı evin arxasında ağacdan qadın cəsədi asılıb. 

Həmin qadının əynində cins və ağ gödəkcə olub, sinəsində çantası asılıb. O, dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarını çağırıb. Ölən şəxsin 35 yaşlı qəsəbə sakini olduğu bildirilib. 

Cəsəd morqa göndərilib. Onun bədənində zorakılıq əlamətləri aşkar edilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.