Hadisə

Zəlzələdə ölənlər arasında azərbaycanlılar var? - XİN açıqladı

9 Avqust 2018 14:38
0 Şərh     Baxış: 1 694
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verildiyi kimi, İndoneziyanın Lombok adasında 9 avqust tarixində təkrar zəlzələ baş verib.

Təkrar zəlzələ nəticəsində xəsarət alan və ya ölənlər arasında Azərbaycan vətəndaşının olması məsələsini araşdırmaq üçün İndoneziyadakı səfirliyimiz bu ölkənin müvafiq qurumları ilə davamlı olaraq təmasdadır.

Bu barədə XİN-dən Milli.Az-a daxil olan məlumatda deyilir.

Qeyd edilir ki, avqustun 6-da həmin ərazidə baş verən zəlzələdə həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşının olması qeydə alınmayıb.

İndoneziya dövlət qurumları tərəfindən zəlzələ zonasında olan əcnəbi vətəndaşlara müvafiq yardım və dəstək göstərilir.

Turizm və ya digər məqsədlə hal-hazırda zəlzələ zonasında olan və xüsusi yardıma ehtiyacı olan Azərbaycan  vətəndaşları +62 812 89796665 (Nəsibov Ruslan) qaynar xətti ilə ölkəmizin İndoneziyadakı səfirliyi ilə əlaqə saxlaya bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.