Hadisə

Moskva-Bakı mikroavtobusu qəzaya uğradı: 8 yaralı var

20 İyul 2018 13:39
0 Şərh     Baxış: 1 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Stavropol diyarı ərazisində 3 avtomobil toqquşub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, qəza bu gün səhər saatlarında Qafqaz federal magistralının hava limanına dönən istiqamətində baş verib.

Moskva-Bakı marşrutu üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus "Ford"  və "VAZ 2110" markalı minik avtomobilləri ilə toqquşub. Hadisə zamanı mikroavtobusda 11 nəfər, "Ford"da 3 nəfər, "VAZ 2110" markalı avtomobildə isə 2 nəfər olub. Nəticədə 13 nəfər xəsarət alıb. Onlardan 8-i Azərbaycan vətəndaşıdır. Bütün yaralılar xəstəxanaya yerləşdirilib. Bir qadının vəziyyəti ağır, digərlərinin durumu isə stabildir.

Zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.