Hadisə

Bakıda qadın sürücü piyadanı vurub öldürdü

20 İyul 2018 12:10
Baxış: 1 807
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda qadın sürücü yol qəzası törədib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə ötən gecə paytaxtın Sabunçu rayonunda baş verib.

İyulun 20-də gecə saat 01 radələrində Bakı şəhər sakini Poladova Nərminə Rüfət qızı idarə etdiyi "Kia" markalı 90 AL 030 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Pirşağı qəsəbəsində, 2-ci Sovxoz adlanan ərazidə hərəkətdə olarkən yolun kənarında dayanmış Bəyməmmədov Azər İlqar oğlunu vurub.

Piyada təcili tibbi yardım stansiyasına aparılarkən yolda ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.