Hadisə

Azərbaycanda ağır qəza: 5 yaralı - ADLAR - YENİLƏNİB

20 İyul 2018 10:01
0 Şərh     Baxış: 2 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:01

Salyanın Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınan yol-nəqliyyat hadisəsində xəsarət alanların adları açıqlanıb. 

Milli.Az report.az-a istinadən bildirir ki, onlar Cəlilabad sakini, 1990-cı il təvəllüdlü Səlimov Aləddin Camaləddin oğlu, Bakı sakini Məmmədov Vüqar Kamil oğlu, Neftçala sakini, 1976-cı il təvəllüdlü Babayev İltimas Qorxmaz oğlu, Bakı sakini, 1977-ci il təvəllüdlü Quliyev Səbuhi Ceyhun oğlu və Şirvan şəhər sakini Hüseynov Səbuhi Arif oğludur.

----------
08:30

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gün səhər saatlarında rayonun Noxudlu kəndi ərazisindən keçən yeni Ələt-Astara yolunda qeydə alınıb.

"Niva" markalı avtomobillə "KİA" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.