Hadisə

Quba yolunda sərnişin dolu avtobus qəzaya uğradı: ölən və yaralananlar var - YENİLƏNİB - VİDEO

18 İyul 2018 11:34
2 Şərh     Baxış: 3 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:34

Bakı-Quba yolunda avtobusla minik maşını toqquşub.

Milli.Az-ın APA-ya istinadən məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına,  2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

----------
11:26

Bakı Quba yolunun 142-ci kilometrliyində ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Qusar marşrutu ilə hərəkət edən sərnişinlə dolu avtobus "Jeep" markalı maşınla toqquşub.

Hadisə nəticəsində minik maşınında olan bir nəfər həlak olub. Avtobusdakı sərnişinlərin bir neçəsi yaralanıb.

Hadisə yerinə Quba və Şabrandan təcili tibbi yardım briqadası cəlb olunub. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Quba yolundakı qəzada ölən və yaralananlar var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.