Hadisə

Salyanda yanğın: on baş inək tələf oldu

24 İyun 2018 11:34
0 Şərh     Baxış: 677
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən axşam Salyan rayonunun Abadkənd kənd sakini Nofəl Güləhməd oğlu Tağıyevə məxsus fərdi təsərrüfatda ot kipləri yığılmış talvar yanıb.

Milli.Az-ın virtualaz.org-a istinadən məlumatına görə, yanğın nəticəsində talvara bağlanmış on iki baş inəkdən on başı tüstüdən boğularaq tələf olub. Talvarda olan 500 ədəd ot bağlaması da külə dönüb.

Yanğın hadisə yerinə gəlmiş yanğınsöndürənlər tərəfindən lokallaşdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.