Hadisə

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 3 yaralı - YENİLƏNİB - VİDEO

17 İyun 2018 21:35
0 Şərh     Baxış: 4 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:35

Videonu izləmək üçün şəklə klikləyin:

Azərbaycanda dəhşətli qəza: 2 ölü, 3 yaralı

---------

11:19

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, gecə saat 4:00 radələrində yolun Şamaxı şəhərindən keçən hissəsində qeydə alınıb. Şamaxı sakini 1968-ci il təvəllüdlü Əflatun Feyzullayevin idarə etdiyi "Qazel" markalı yük avtomobili qarşı tərəfdən gələn Göyçay sakini 1998-ci il təvəllüdlü Vasif Cabbarova məxsus "VAZ 2107" markalı minik avtomobilinin toqquşması nəticəsində sərnişinlər - Ucar sakini, 1968-ci il təvəllüdlü Sima Məmmədova və Göyçay sakini, 1985-ci il təvəllüdlü Elmin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Bundan əlavə sürücü, Göyçay sakini Vasif Cabbarov,  Şamaxı sakinləri - sürücü Əflatun Feyzullayev, sərnişinlər 1991-ci il təvəllüdlü Nemət Feyzullayev ağır xəsarət aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

----------

10:42

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində minik avtomobili ilə yük ("Qazel") maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

Milli.Az report.az-a istinadən bildirir ki, qəza zamanı minik avtomobilində olan sərnişinlər - 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib, həmçinin minik avtomobilinin Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu yaralanıb.

Digər üç yaralı yük maşınında olub. Bunlar "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu, onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğludur. Yaralılardan birinin şəxsiyyəti hələ ki, məlum deyil.

Xəsarət alanların hamısı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşadırma aparılır.

---------
10:19

Şamaxıda "Qazel"lə "VAZ" toqquşub.

FHN-dən Milli.Az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunda "Qazel" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "VAZ" markalı minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.