Hadisə

Bakıda 2 nəfərin həyatına son qoyan dəhşətli qəzanın görüntüləri - VİDEO - FOTO

13 İyun 2018 16:55
0 Şərh     Baxış: 2 464

Bakının Balaxanı-Mehdiabad yolunun Binəqədi rayonu ərazisinə düşən hissəsində ağır yol qəzası baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, 37 yaşlı Rahid Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə Mehdiabad qəsəbəsi istiqamətində hərəkətdə olarkən, yüksək sürətlə qəfil qarşısına çıxan "Range Rover"lə toqquşub. 

Zərbənin gücündən "Range Rover" yanmağa başlayıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidməti və Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub. "Ford" markalı avtomobildə sıxılıb qalmış 25 yaşlı Orxan Orucov çıxarılıb və "təcili yardım"ın əməkdaşları tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin yaralı yolda dünyasını dəyişib. Sürücü Rahid Məmmədov isə elə hadisə yerində ölüb. Meyitlər müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Binəqədi rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda 2 nəfərin həyatına son qoyan DƏHŞƏTLİ QƏZANIN GÖRÜNTÜLƏRİ

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.