Hadisə

Bakını bir-birinə qatan “Camaro” sürücüsü həbs edildi - FOTO

11 İyun 2018 19:14
1 Şərh     Baxış: 4 540

Tbilisi prospektində polisin əmrinə tabe olmayan və hadisə yerində qaçmağa müvəffəq olan sürücü barədə həbs qərarı verilib.

Milli.Az xəbər verir ki, bunu oxu.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

Onun sözlərin görə, "Chevrolet Camaro" markalı 10 OZ 919 dövlət nişanlı avtomobilin sürücüsü yol-hərəkət qaydalarını kobudcasına pozub:

"Yasamal Rayon Məhkəməsinin qərarı ilə Hümbətov Elçin Məcnun oğlu 30 gün həbs cəzası alıb, həmçinin bir il müddətinə sürücülük hüququndan məhrum edilib".

Vaqif Əsədov qeyd edib ki, qaydaları pozan şəxsin idarə etdiyi maşının cəriməsi olub:

"Polislər tərəfindən sürücüyə dəfələrlə saxlama işarəsi verilsə də o, maşını saxlamayıb.

Nəhayət, Tbilisi prospektində süni tıxac yaradılaraq saxlanılsa da polis maşınını vuraraq qaçıb. Bu zaman onun təqib edilməsi dayandırıb.

Kameralar vasitəsilə təqib edilərək Xırdalan qəsəbəsində yaşadığı ünvanda aşkarlanıb. Lakin burada da avtomobildən düşərək qaçıb.

Sonra avtomobil cərimə meydançasına qoyulub. Sürücü isə polis bölməsinə dəvət edilib".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Aki 2 · 12 İyun 02:4200

    Eyy hele bu harasidi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.