Hadisə

İki avtomobil toqquşub, ölən var

11 İyun 2018 20:26
0 Şərh     Baxış: 774

Goranboyda iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Faxralı kəndinə gedən yolda baş verib.

Hərəkətdə olan "VAZ 2107" və "VAZ 21011" markalı iki avtomobil toqquşub.

Qəza zamanı avtomobillərə ziyan dəyib. "VAZ 21011"-də olan sərnişin Alpud kənd sakini 1959-cu il təvəllüdlü Hacıyev Elçin qəzada xəsarət almadığını bildirərək evə gedib. Təxminən bir saat sonra o evdə ölüb. E. Hacıyevin ürək damar xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.