Hadisə

Su quyusuna düşən kişi xilas olunub

25 May 2018 22:26
0 Şərh     Baxış: 1 097
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda 55 yaşlı kişi su quyusuna düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, axşam saatlarında, şəhərin Nizami küçəsi, ev 9 ünvanında qeydiyyatda olan, 1963-cü il təvəllüdlü Rafael Mirzəyev iş yerində su quyusundan su götürərkən ehtiyatsızlıqdan quyuya yıxılıb. Nəticədə R. Mirzəyev dərinliyi 8-10 metr olan quyuda köməksiz vəziyyətdə qalıb.  

Onun səsinə gələn ətrafdakı insanlar hadisə barədə dərhal təcili yardım stansiyasına və FHN Cənub Regional Mərkəzinə məlumat veriblər. Əraziyə gələn xilasedicilər R. Mirzəyevi su quyusundan çıxararaq təcili yardım stansiyasının əməkdaşlarına təhvil veriblər. 

R. Mirzəyev təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Ona orada yardım göstərilib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.