Hadisə

Qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib

25 May 2018 08:10
0 Şərh     Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəranda kişi qolunu və əlini kəsərək özünə ciddi xəsarət yetirib. Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Azad Əskər oğlu Məhərrəmov axşam saatlarında içkili halda kəsici alətlə əlini və qolunu kəsib. Hadisə yerinə təcili yardım stansiyasının əməkdaşları çağrılıb. Yaralı təcili yardım maşını ilə çoxlu qan itirmiş halda Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.