Hadisə

Bakıda qəza yerindən qaçan sürücü daha bir qəza törətdi - VİDEO - FOTO

25 May 2018 07:38
2 Şərh     Baxış: 2 449
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

07:38

Bakının Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş vermiş yol qəzasının bəzi təfərrüatları məlum olub.

Milli.Az report.az-a istinadən bildirir ki, Süleyman adlı (Elçin oğlu) sürücünün idarə etdiyi "Nissan" markalı avtomobil Yasamal rayonu ərazisində "Lada Priora" markalı maşının yan hissəsinə toxunub.

Lakin sürücü avtomobili saxlamayıb və sürəti artıraraq qəza yerindən yayınmağa çalışıb. O, prospektin Nəsimi rayonuna düşən hissəsində qarşı yola çıxaraq "Hundai" markalı avtomobil ilə toqquşub və ardınca beton maneəyə çırpılıb.

---------

02:11

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, "Nissan" markalı avtomobil prospektin Nəsimi rayonu ərazisinə düşən hissəsində yüksək sürətlə hərəkətdə olarkən yol kənarında durmuş maşına, ardınca isə beton maneəyə çırpılıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda qəza yerindən qaçan sürücü daha bir qəza törətdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.