Hadisə

Azərbaycanlı iş adamı Qırğızıstandan deportasiya ediləcək

23 May 2018 16:31
1 Şərh     Baxış: 1 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı iş adamı sənədləri saxtalaşdırdığına görə Qırğızıstandan deportasiya ediləcək.

Milli.Az report-a istinadən xəbər verir ki, birinci və ikinci instansiya məhkəməsinin qərarlarına əsasən, Azərbaycandan olan cərrah Samir Ramiz oğlu Muradov ölkəni tərk etməlidir.

Belə ki, Samir Muradov Qırğızıstanda, demək olar, 10 il işlədikdən sonra öz biznesini qurmaq qərarına gəlib. Amma onun sözlərinə görə, hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən, eləcə də məhkəmə sistemindəki özbaşınalıq nəticəsində hüquqları pozulub.

İş adamı son ana qədər ədalətli qərar qəbul edilməsi üçün mübarizə aparmaq niyyətində olduğunu bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.