Hadisə

Ağdaşda yaşayış evi kül oldu

20 May 2018 12:50
0 Şərh     Baxış: 1 052
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdaş rayonunun Xınaxlı kəndində yanğın hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, kənd sakini Allahverdiyev Tahir Qüddəsər oğluna məxsus həyət evi əşyaları ilə birgə yanıb.

Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon yanğınsöndürmə briqadası yanğını lokallaşdırıb. Ev sakinləri vaxtında təhlükəsiz əraziyə çıxarılıb. Yanğınla əlaqədar kəndə elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hadisə yerində araşdırma aparılır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.