Hadisə

2 avtomobil toqquşdu: ana və qızı yaralandı

19 May 2018 16:44
0 Şərh     Baxış: 1 386
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Salyan rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında şəhərin X.R.Ulutürk prospektində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobillə "VAZ-2107" markalı minik maşınının toqquşması nəticəsində Salyan şəhər B.Talıblı küçəsi, bina 1-də yaşayan, 1974-cü il təvəllüdlü İmanova Xanım Fikrət qızı və onun qızı, 1996-cı il təvəllüdlü İmanova Nərmin Nurəddin qızı müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.