Hadisə

Özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib - YENİLƏNİB

16 May 2018 08:38
5 Şərh     Baxış: 1 579

08:38

Mingəçevirdə özünü 4-cü mərtəbədən ataraq intihara cəhd edən qadın dünyasını dəyişib.

Milli.Az report.az-a istinadən bildirir ki, həkimlərin səylərinə baxmayaraq, mayın 15-də axşam saatlarında özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edən 1979-cu il təvəllüdlü Nigar Koroğlu qızı Haxverdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan N. Haxverdiyeva az sonra ölüb.

Qeyd edək ki, hadisə şəhərin Ş.İ.Xətai küçəsində baş verib. İlkin məlumata görə, bir uşaq anası olan N.Haxverdiyeva anası ilə mübahisə etdikdən sonra intihara cəhd edərək, özünü dördüncü mərtəbədən atıb.

Faktla bağlı araşdırma aparılır.

-----------

00:30

Mingəçevirdə intihara cəhd hadisəsi baş verib. 

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə axşam saatlarında, şəhərin Ş.İ.Xətai küçəsi 7 ünvanında baş verib.

Belə ki, şəxsiyyəti hələ dəqiqləşdirilməyən şəhər sakini özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihara cəhd edib. Nəticədə o, ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, bir övladı olan qadın anası ilə mübahisə edib və bundan sonra intihar etmək qərarına gəlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Yeraz · 16 May 09:0244

    Millatin basi bilmiram yemakdan xarab olur darddan olur . Ay balam noya ozunuzu oldurutsuz . Ay cqvanlar niya bela edirsiz? Ananiz yaziq doyul . ? Bu giri cixatdin beyninizdan . Basdida . Siz bela elianda basqa usaqlarada bu yolu oyradirsiz . Olmaz axi bela . Bir sey olan kimi atirlar ozdarin yera . Hokumat neynasin? Soksun binalari ? Ya danizi qurutsun ? Yeka yeka atvaddar atir ozun suya . Dalidiz gedin dalixanaya . Day yeka arvaf kisi bunu eliyanda cavanda baxir oda eliyirda . Yiqisdirin da bu isi

    Cavab yaz
  • Anonim
    Hara · 16 May 09:4450

    Allah-Allah Bizi biz ermeniden pis qırırıq, bu xalqın geleceyi hara gedir. Mütleq nese tedbir görülmelidi, bunların çoxu keçimsizlikden baş verir. Allah qorusun

    Cavab yaz
  • Anonim
    IMF · 16 May 09:5921

    Kul bashina

    Cavab yaz
  • Anonim
    mamuska · 16 May 10:0821

    bir vaxt ozunu asmaq modda idi,indi de ozlerini pencereden atirlar...ayibdir,daha dogrusu gunahdir...Allah bu cani bizlere emanet verib ve onu ancaq Allah ala biler bizden.seytana uyub ozunuze qesd etmeyin,cunki intihar edenler sorgu- sualsiz birbasa cehenneme gedecek.

    Cavab yaz
  • Anonim
    xanim · 16 May 10:3000

    dünən Mingəçevirdə nələr oldu. Qəza + intihar

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.