Hadisə

“Hamamda öldürüb çıxartdım” - Evlərində qorxu içində yaşayan goranboylular - VİDEO - FOTO

25 Aprel 2018 12:34
4 Şərh     Baxış: 3 256
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboyda yaşayış evinə ilanlar daraşıb.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, rayonun Qaradağlı kənd sakini Murad Muxtarov səhər saatlarında öz həyətində uzunluğu 1 metr 40 sm olan ilanı hamam otağına girən zaman öldürüb.

Ev sahibi bildirib ki, aprel ayı girəndən həyətdə 10-dan artıq ilanı görüb ki, onun da 6-sını məhv edə bilib. Kənd sakini evlə yanaşı tövlədə də zəhərli canlının dərisinin qurumuş qabığını tapıb. İlanların yay fəslində deyil, yazda görünməsi ev sahiblərini ciddi narahat edir.

Murad Muxtarov (sakin): "İşdən gələndə ilanı gördüm. Hamama girmişdi, öldürüb çıxartdım".

Onlar yaşadıqları həyətin müəyyən hissələrində dərmanlama işləri aparsalar da, sürünənlərin günbəgün daha böyükləri üzə çıxır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Hamamda öldürüb çıxartdım" - Evlərində qorxu içində yaşayan Goranboylular

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.