Hadisə

İcra nümayəndəliyinin binasında qumbara tapıldı - FOTO

17 Aprel 2018 18:22
0 Şərh     Baxış: 1 194
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Goranboy rayonu, Tapqaraqoyunlu kənd icra nümayəndəliyinin inzibati binasında əl qumbarası aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Milli.Az-a verilən məlumata görə, bu gün saat 10:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 11:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Goranboy rayonu, Tapqaraqoyunlu kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə kənd icra nümayəndəliyinin inzibati binasına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.