Hadisə

Azərbaycanda Hüseyn Dərya sayağı intihar - Hadisə yerindən FOTOLAR

17 Aprel 2018 14:22
21 Şərh     Baxış: 8 260
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O, idarə etdiyi maşının sükanı arxasında özünü öldürüb.

Milli.Az-ın criminal.az-a istinadən məlumatına görə, Cərcuva kənd sakini olan Mansur adlı şəxs bir müddət əvvəl ailəsi tərəfindən tərk edilib.

Bakıya gələn Mansur dünən Ağdaşa qayıdarkən intihar edib. O, yüksək sürtlə idarə etdiyi "VAZ-2107" markalı avtomobili bilərəkdən içərisi mişar daşı ilə dolu olan "Kamaz"a çırpıb. Qəza nəticəsində Mansur aldığı xəsarətdən dünyasını dəyişib.

Ağlagəlməz şəkildə intihar edən Mansur nişanlı olub. O, bu gün doğulduğu kənddə dəfn ediləcək.

Rayon ərazisində elektrik avadanlıqlarının təmiri ilə məşğul olan Mansurun hansı səbəbdən intihara əl atması dəqiq bilinməsə də, onun ailəsi ilə münaqişəyə görə özünə qəsd etdiyi ehtimal olunur.

Belə ki, ailə üzvləri onu tərk ediblər. Buna görə də, Mansur bir müddət Bakıda olub. Dünən isə intihar edib.

Xatırldaq ki, mərhum reper Hüseyn Dərya da bir neçə il əvvəl eyni üsulla özünü öldürmüşdü. O, aeroport yolunda idarə etdiyi "Opel"i bilərəkdən yük maşınına çırparaq həyatına son qoymuşdu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.