Hadisə

18 yaşlı gənc yoxa çıxıb

17 Aprel 2018 10:25
2 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qaradağ rayonu Qobustan qəsəbəsi sakini Novruzov Samir Kamil oğlu 6 gündür yoxa çıxıb. 

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya S.Novruzovun anası Reyhan Novruzova məlumat verib. O qeyd edib ki, aprelin 11-i, səhər saat 10-un yarısında oğlu evdən çıxıb: "Həmin gün ərzində oğlumun telefonuna zəng çatsa da, sonradan telefonu söndürülüb. Restoranda ofisiant işləyirdi, amma işdən çıxmışdı. 

O, 2000-ci il təvəllüdlüdür. Dünən Qobustan qəsəbəsi 11-ci polis bölməsinə ərizə ilə müraciət etmişik. Hələ ki xəbər yoxdur. Onun yolunu gözləyirik. Atası da xəstədir. "Tez-tez Samir hardadadır" soruşur və halı pisləşir". 

Qeyd edək ki, S.Novruzovu görənlərdən 050 388 55 86 nömrəsinə zəng etmələri xahiş olunur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.