Hadisə

“Qəsdlə törədiblər” - Bir gecədə 3 yanğın - VİDEO - FOTO

16 Aprel 2018 16:12
0 Şərh     Baxış: 599

Bölgələrdə eyni gündə 3 yanğın hadisəsi baş verib.

Milli.Az ARB TV-yə istinadən xəbər verir ki, Gəncənin Atatürk prospektində 5 mərtəbəli iki yaşayış binasında yanğın olub.

Sahəsi ümumilikdə 60 m² olan zirzəmilərə yığılan məişət tullantıları alışıb. Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 4 avtomobili, 24 canlı qüvvəsi əraziyə cəlb edilib. Binanın birinci mərtəbəsində yaşayan 6 sakin təxliyə olunub. Alov söndürülüb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Saatlı rayonunun Qarayevkənd kəndində də ümumi sahəsi 220 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyü 220 m² sahədə, 4 otağı və mətbəxi 140 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar alov mühafizə olunub.

Yevlaxda da yanğın qeydə alınıb. Uşaq bağçasının yerləşdiyi ikimərtəbəli binanın birinci mərtəbəsindəki xidməti otaq alışıb. Hadisə nəticəsində yataq dəstləri yararsız hala düşüb. FHN əməkdaşları alovu söndürüblər.

Nurlana Ələkbərova, sakin: "Qardaşım qızı zəng elədi ki, yanğın baş verib. Mən də gəldim. Yanğın zirzəmidə olub. Bir qonşudan o biri qonşuya keçib. Qəsdən törədilib, keçən dəfə də yanıb, indi də".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Qəsdlə törədiblər" - Bir gecədə 3 yanğın

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.