Hadisə

"Yoldaşım səhərə kimi vedrələrlə su daşıyıb" - Zaqatalada sel dəhşətli fəsadlar törətdi - VİDEO - FOTO

16 Aprel 2018 15:49
0 Şərh     Baxış: 2 040
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son bir neçə gündə aramsız yağan güclü leysan yağışlar Zaqatala və Balakəndə bir sıra fəsadlara yol açıb.

Milli.Az ARB Şəki-yə istinadən xəbər verir ki, Zaqatalanın Mazıx kəndinin ərazisindən axan Dəli çayında qısa müddətli sel yaranıb, çay məcrasından çıxıb.

Nəticədə çayın sağ və sol sahilində olan 200-dən artıq evin həyətyanı sahəsini su basıb, 15-ə yaxın evin birinci mərtəbəsinə su dolub, xeyli sayda ev quşları tələf olub, kəndin yaxınlığındakı fındıq bağları sel suları altında qalıb. Çayın kənarında olan və Mazıx kənd sakininə məxsus "VAZ 2106" markalı maşını sel suları aparıb.

Sakin: "Gecədən yağış yağır. Yoldaşım səhərə kimi vedrələrlə suyu daşıyıb atıb. O biri otaqlar da pis vəziyyətdədir".

Leysan yağışları nəticəsində rayonun Mamrux, Höytala, Yolayrıc və Maqov kəndlərində də bir sıra evlərin həyətyanı sahələrini yağış suları basıb, sakinlərin şəxsi təsərrüfatlarına ziyan dəyib.

Zaqatala rayon Fövqəladə Hallar Komisiyasının əməkdaşları gecə saatlarından başlayaraq Mazıx və digər kəndlərdə yaranan problemlərin həlli istiqamətində işlər aparır, sakinlərə və kəndlərə dəymiş ziyan hesablanır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

"Yoldaşım səhərə kimi vedrələrlə su daşıyıb" - Zaqatalanı sel dəhşətli fəsadlar törətdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.