Hadisə

Azərbaycanda daha bir avtobus qəzası

16 Aprel 2018 12:43
0 Şərh     Baxış: 1 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncə şəhərində marşrut avtobusu ilə minik avtomobili toqquşub.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xatai prospektində baş verib.

Belə ki, 5 nömrəli marşrut xətti üzrə hərəkət edən "Hundai" markalı avtobus "Mercedes" markalı avtomobillə toqquşub. Qəzada xəsarət alan olmasa da nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, hadisə sürücülərin işıqforun qaydalarına riayət etməməsi səbəbdən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.