Hadisə

Cəbhədən XƏBƏR VAR

14 Aprel 2018 09:53
5 Şərh     Baxış: 560

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 91 dəfə pozub.

Milli.Az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Tağıbəyli, Şıxlar, Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qərvənd, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Milli.Az

Şərh yaz:

5 Şərh:

  • Anonim
    melek b · 14 Aprel 09:5760

    Allah esgerlerimizi qorusun.AMIN

    Cavab yaz
    • Anonim
      .. ه · 14 Aprel 11:1250

      Amin !Allahin nezeri hemiwe uzerlerinde olsun!

      Cavab yaz
  • Anonim
    ƏSİ... · 14 Aprel 11:2950

    Tanrı əskərlərimizi qorusun...91dəfə güllə dəysin gözlərinə...

    Cavab yaz
    • Anonim
      melek b · 14 Aprel 12:0360

      AMIN ESI xanim |(***)

      Cavab yaz
  • Anonim
    Ibrehim · 14 Aprel 13:3130

    Mence dushmenlerimize layiqli cavab verilmir ki, her gun onlar ateshkesi pozurlar, bashini qaldirani vurmaq lazimdir ki, dushmenin gozu qorxsun...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.