Hadisə

Maşın yoldan çıxaraq dərəyə düşüb, 4 nəfər yaralanıb - FOTO

13 Aprel 2018 08:20
0 Şərh     Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisinə düşən 176-cı kilometrliyində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, "VAZ-2107" markalı "44-BT-038" dövlət qeydiyyat nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb.

Ardınca yoldan çıxan maşın 2 metr çökəklikdə yerləşən ağaclıq ərazidə müxtəlif maneələrə dəyərək 20 metrə qədər hərəkət etdikdən sonra dayanıb. Nəticədə avtomaşında olan 4 nəfər Masallı rayon Kalinovka kənd sakini xəsarət alıb.

Yaralılar hadisə yerinə cəlb olunmuş Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri və ətrafdakı insanların köməkliyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibb müəssisəsindən verilən məlumata, ilkin müayinələrin nəticəsinə görə, yaralılardan ikisinin vəziyyəti ağır, digər ikisinin vəziyyəti isə nisbətən yüngüldür. Hələlik müayinələr davam edir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.