Hadisə

Fəhlələri daşıyan mikroavtobus yanıb: Yaralılar var – FOTO

12 Aprel 2018 22:13
0 Şərh     Baxış: 2 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:13

Bərdədə yanan mikroavtobusun sürücüsü və xəsarət alan fəhlələrin kimliyi məlum olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü  Anar Nəbiyevin  idarə etdiyi "RAF" markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Yanğın zamanı xəsarət alan 58 yaşlı Səfərova Səlbinaz, 58 yaşlı Şərifova Gilə, 48 yaşlı Məmmədova Həlimə, 41 yaşlı Məmmədova Rəna,  40 yaşlı Hacıyeva Şəkurə, 27 yaşlı Rəhimov Elmir, 26 yaşlı Məmmədova Elnar, 16 yaşlı Məmmədova Aişə və Elnur Məmmədov ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Elnur Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

21.26

Bərdədə yanan mikroavtobusun sürücüsü məlum olub. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, 1981-ci il təvəllüdlü  Anar Nəbiyevin idarə etdiyi "RAF" markalı 66 BC 806 qeydiyyat nişanlı mikroavtobus yanıb. Hadisə yerinə FHN-in Ağdam yanğınsöndürmə bölməsinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.  Yanğın zamanı xəsarət alan şəxslər AğdamMərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda hadisə nəticəsində xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.

20:36

Bərdədə fəhlə daşıyan mikroavtobus yanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Şahvəlilər kəndi ərazisində baş verib.

Məlumata görə, 66-ZC-806 dövlət nömrə nişanlı "Mercedes" markalı mikroavtobusda hərəkət zamanı yanğın baş verib.  

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.