Hadisə

Bakıda güclü yanğın -YENİLƏNİB - VİDEO - FOTO

12 Aprel 2018 22:19
0 Şərh     Baxış: 6 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:19

Bakı şəhərində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

20:13

Fövqəladə Hallar Nazirliyi Bakıda tikilməkdə olan hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb.

Milli.Az-ın xəbərinə görə, bildirilir ki, yanğın binanın yuxarı mərtəbəsində baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

----------

19:25

Binəqədi rayonu, 7ci mikrorayon ərazisində (Kəmalə Nərmin restoranının yanı) yeni tikililərdən birində bu dəqiqələrdə yanğın baş verib.

Milli.Az xəbər verir ki, hadisə yerinə FHN -nin yanğından mühafizə idarəsinin əməkdaşları cəlb olunub.

Hadisə barədə məlumat veriləcək.

Bəxtiyar Umarlı

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Bakıda yeni tikilən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.