Hadisə

Rusiyada təyyarə qəzasında həlak olan azərbaycanlının meyiti tapıldı

11 Aprel 2018 13:10
0 Şərh     Baxış: 1 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mütəxəssislər Rusiyada "An-148" təyyarəsinin qəzaya uğraması zamanı həlak olan Azərbaycan vətəndaşının meyitini müəyyən edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, meyit yaxınlarına təhvil verilib və dəfn olunmaq üçün təyyarə ilə yola salınıb.

Qeyd edilib ki, bu, həmin qəzadan sonra tapılan ilk meyitdir.

Orenburq vilayətinin qubernatoru deyib ki, həlak olanların meyitlərinin DNT analizi bir aydan çox vaxt aparacaq.

Xatırladaq ki, fevralın 11-də Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus "An-148" sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub. Təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.