Hadisə

Göyçayda intihara cəhd edən 33 yaşlı qadın xəstəxanada öldü

9 Aprel 2018 17:45
1 Şərh     Baxış: 1 270
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Göyçayda intihara cəhd edən zaman yaxınları tərəfindən xilas edilən qadın xəstəxanada ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Qaraməryəm kənd sakini 1985-ci il təvəllüdlü Mahirova Raziyyə Əvəz qızını xilas etmək mümkün olmayıb.

Qadın bu gün orada vəfat edib.

Qeyd edək ki, R. Mahirova yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asaraq intihara cəhd edib. Ailə üzvləri hadisədən tez xəbər tutub, koma vəziyyətinə düşən R.Mahirovanı təcili Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırıblar.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.